Zoğallı piroq
Ərzaqlar
- Ərzaqlar:
- 3 yumurta
- 150 qram kərə yağı
- 1 su stəkanı şəkər
- 1 su stəkanı un
- ½ paket qabartma tozu
- İçlik üçün:
- 300 qram zoğal
- 80 qram qoz
- ½ su stəkanı şəkər
- Bəzək üçün:
- 3 xörək qaşığı şəkər pudrası
Hazırlanması
- Yumurta şəkər yağı mikserlə çalın.
- Qabartma və unu qarışdırın və yumurtalı qarışığa əlavə edin.
- Bir kütlə halına gələnədək mikserlə çalın.
- Soba qabına perqament kağız qoyun.
- Zoğalları tumdan təmizləyin. Qozu iri formada doğrayın.
- Soba qabna zoğallar iri doğranmış qozları səpin və xəmiri əlavə edin.
- Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 40 dəqiqə bişirin.
- Hazır olduqda piroqu soba qabından üzü aşağı servis edəcəyiniz qaba qoyun.
- Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.
Nuş Olsun!
ən son şərh