
zeytun yağlı gül kələm
Zeytunyağlı Gül Kələm
Ərzaqlar
- 1 ədəd gül kələm
- 1 ədəd soğan
- 2 diş sarımsaq
- 1 şorba qaşığı tomat pastası
- 2 ədəd kök
- 2 ədəd qırmızı bibər
- 2 şorba qaşığı duru yağ
- 2 ədəd pomidor
- Yarım limon suyu
- duz
- Pul bibər
Hazırlanması
- Kələmi ləçək ləçək kiçik parçalara ayırın.
- Enli bir qazana döşəməsinə düzün. 1 şorba qaşığı duru yağla doğranmış soğan və incə doğranmış sarımsağı qovurun.
- Tomat pastası əlavə edib əzin. İncə doğranmış kökləri əlavə edib bir az daha qovurun.
- Son olaraq incə doğranmış qırmızı bibər, duz və pul bibəri, limon suyunu əlavə edib 1-2 dəqiqə daha qovurduqdan sonra gül kələmin üstünə səpin.
- 1 şorba qaşığı duru yağı üzərində gəzdirin.
- Pomidorları halqa halqa doğrayıp üstünü örtün. Bir az su əlavə edib batıq atəşdə gül kələmlər qiızarana qədər bişirin..
ən son şərh