
Zeytun Yağlı Pomidor Dolması
Zeytun Yağlı Pomidor Dolması
Ərzaqlar
- 12 ədəd orta pomidor
- 1 su stəkanı düyü
- 4 ədəd quru soğan
- 2 ədəd qənd
- 1 çay qaşığı un
- 2 xörək qaşığı quş kişmiş
- 2 xörək qaşığı doğranmış şüyüd
- 1 çay stəkanı zeytunyağı
Hazırlanması
- Əvvəl quru soğanı incəcik kəsib, 1 xörək qaşığı zeytun yağı ilə orta atəşdə saramtıl rəngə çalana qədər qızardın.
- Üzərinə, 10 dəqiqə qədər ilıq suda gözlətdiyiniz və süzdüğünüz, düyünü əlavə edin.
- Duz , qənd, qalan zeytunyağı, incə doğranmış şüyüd və kişmişidə də əlavə edib qarışdırın.
- Dolmanın içi hazırdır.
- Pomidorların sərt olmasına diqqət yetirin.
- Yaxşıca yuyub, üstdən qapaqlar şəklində kəsin.
- İçini oyub, suyunu axıdın.
- Dolmanın içalatını pomidorlara doldurun, dolmaları qazana düzün.
- Pomidor qapaqlarını bağlayıb, 2 su stəkanı isti su qoyun.
- Batıq atəşdə 30 dəqiqə qazanın qapağını açmadan bişirin.
- Dolma parlaq olmasını istəyirsinizsə qapağı bağlı soyudun.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!
ən son şərh