
Zeytun Yağlı Ispanaq
Zeytun Yağlı Ispanaq
Ərzaqlar
- 1,5 kq. ispanaq
- 1 ədəd soğan
- 1 qəhvə fincanı düyü
- 1 çay stəkanı zeytun yağı
- 1 çay qaşığı şəkər
- duz
Hazırlanması
- Ispanaqları bir neçə dəfə yuyub üç hissəyə bölün.
- 1 ədəd rəndələnmiş quru soğanı bitki yağda qızarana qədər qovurduqdan sonra ispanaqları əlavə edib bir neçə dəqiqə qovurun.
- İlıq suda islatdığımız düyünü yaxşıca yuduqdan sonra ispanaqların üzərinə əlavə edib kifayət edəcək qədər duz, şəkər və isti su əlavə edib ağzını bağlayıb bişirin.
- Ağzı bağlı olaraq soyudub süfrəyə təqdim edin.
- Qeyd: İstəyə görə sarmısaqlı qatıq ya da limon sıxaraq yeyə bilərsiniz.
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!
ən son şərh