
zeytun pərvərdə
Zeytun Pərvərdə
Ərzaqlar
- 1 stəkan qoz ləpəsi
- 4 stəkan dənəsiz yaşıl zeytun – yumru-yumru doğrayın
- 1 ədəd kiçik baş soğan – xırda-xırda doğrayın
- 1 stəkan nar dənəsi (əgər narın sezonu deyilsə axta albalı ilə əvəz edə bilərsiniz)
- 2 xörək qaşığı sirkə
- 2 xörək qaşığı narşərab
- 3 xörək qaşığı zeytun yağı
Hazırlanması
- Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın (çox da iri olmasın, amma diri qalsın, bir az da yağı çıxsın). Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.
Hakkında: Zeytun pərvərdə İranın Şimal bölgəsindən bir salat növüdür. Ərzaqların miqdarını zövqünüzə görə azaldıb-çoxalda bilərsiniz!
ən son şərh