Zefirli, peçenyeli tort
Ərzaqlar
- 800 qram zefir
- 2 yumurta
- 340 qram ovulan peçenye
- 110 qram şəkər
- 180 qram kərə yağı
- 2 su stəkanı süd
- 1 ədəd limon
- Bəzək üçün:
- Marmelad, şokolad
Hazırlanması
- Peçenyeni blendrlə xırdalayın.
- Yumurtanı şəkərlə mikserlə çalın və peçenyeyə əlavə edin.
- Üzərinə südü tökün və qazda qarışdıra-qarışdıra bir qədər qatılaşanadək gözləyin.
- Kənara qoyub qarışdırmağa davam edin ki, bir qədər soyusun.
- Limonun qabığın sürtgəcdən keçiridin və yağla mikserlə çalın.
- Üzərinə südlü qarışığı əlavə edib 3 dəqiqə mikserlə çalın.
- 24 sm ölçülü dairə formasında soba qabına perqament kağız qoyun və zefiri bir sıra qaba düzün.
- Üzərinə alınmış südlü kremi tökün.
- 1 sutka soyuducuda saxlayın.
- Serviz etmədən əvvəl şokoladı su vannasında əridin və üzərinə tökün. Marmelad ilə bəzəyin.
Nuş Olsun!
ən son şərh