
Xaş-xaşlı şaftalı piroqu
Ərzaqlar
- 1 banka konservləşdirilmiş şaftalı
- 250 qram kərə yağı
- 200 qram şəkər
- 6 yumurta
- 400 qram un
- 1 paket qabartma tozu
- Sürtgəcdən keçirilmiş limon qabığı
- 5 xörək q. süd
- 50 qram xaş-xaş
Hazırlanması
- Şaftalıları süzgəcə qoyub suyunun tamamilə getməsini gözləyin.
- Sonra onları halqavari formada doğrayın.
- Piroq üçün xəmiri hazırlayın.
- Kərə yağını ev tempuraturunda yumşaldın.
- Sonra ona yumurta və şəkər əlavə edin. Unu qabartma tozu ilə qarışdırıb süd və sürtgəcdən keçirilmiş limon qabığı ilə birlikdə yumurtalı kütlənin üzərinə əlavə edin.
- Xəmiriniz hazırdır.
- Xəmirin 1/3 hissəsinə xaş-xaş qatıb soyuducuya qoyun.
- Soba qabına yağlı kağız qoyun və qalan xəmiri qaba yayın.
- Xaş-xaş qatdığınız xəmirdən balaca parçalar qopardaraq əlinizlə nə çox nazik, nə də çox qalın olmayan uzunsov formaya salın və piroqun üstünə paxlava formasında düzün.
- Doğranmış şaftalıları piroqun üstünə düzüb astaca əlinizlə xəmirə bərkidin.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 30-40 dəqiqə bişirin.
Nuş olsun!
ən son şərh