
xəmirasi
Xəmiraşı (lobyalı və əriştəli şorba)
”Ərzaqlar”</p>
Hazırlanması
- Sümükdən bulyon bişirilir. Yumşaq qoyun ətindən baş soğan və ədviyyatla qiymə hazırlanır. Hər pay üçün 5-6 ədəd küftəcik hazırlanır. Bulyona qabaqcadan isladılıb bişirilmiş lobya və bərk xəmirdən hazırlanmış əriştə qatılır.
- Əriştənin xəmiri üçün una su, yumurta və duz vurulub yoğrulur və 1 mm qalınlığında yayılır. Sonra 5 mm enində lent şəklində əriştə kəsilir. Bulyona küftəcikləri salınıb bişirilir , sonra isə əriştə və xırda lobya qatılır.
Hazır olandan sonra xörəyə çərtilmiş göyərti vurulur, süfrəyə verilən zaman üstünə quru nanə səpilir. Xörəyin yanına ayrıca sirkə qoyulur.
Hakkında: Xəmiraşı Azərbaycanın milli xörəklərindən biridir. Bu şorba adətən qış ayında yeyilir. Olduqca sevilən yeməklərdən biridir.
ən son şərh