Unsuz hazırlanan qozlu tort
Ərzaqlar
- Tərkibi:
- 1 çay qaşığı un
- 150 qram qoz
- 150 qram şəkər
- 4 yumurta ağı
- Krem üçün:
- 120 qram qara şokolad
- 1 xörək qaşığı şəkər pudrası
- 300 qram 33%li qaymağ
Hazırlanması
- Qozu tavada qazda bir az qovurun və blendrlə xırdalayın.
- Yumurta ağın köpük halınadək çalın və şəkəri əlavə edib çalmağa davam edin.
- Üzərinə qozu və unu əlavə edib qarışdırın.
- Perqament kağızdan 18 sm ölçülü 6 dairə forma kəsin.
- Kağıza un səpin və xəmiri kağıza yayın.
- Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada hər korju 5 dəqiqə bişirin.
- Soyuduqdan sonra taxta lapatkanın köməyilə korju kağızdan ayırın.
- 80 qram şokoladı su vannasında əridin.
- 5 korjin üsdünə şokoladı yayın və soyumağa kənara qoyun.
- Kremi hazırlamaq üçün qaymağı şəkər pudrası ilə çalın. Başqa qaba 4 xörək qaşığı qaymaqdan qoyun. Qalanına 30 qram şokoladı sürtgəcdən keçirdib qatın.
- Tortu hazırlamaq üçün korjlara şokoladlı krem çəkin və üst-üstə yığın.
- Ən üst qata şokolad çəkmədiyiniz korjı qoyun. Ağ qaymağı üsdünə və kənarlarına çəkin. Qalan şokoladı sürtgəcdən keçirdin və tortun üsdünə səpin.
- Soyuducuda bir neçə saat saxladıqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh