Unsuz hazırlanan kəsmikli zapekanka
Ərzaqlar
- Tərkibi:
- 500 qram kəsmik
- 30 qram kərə yağı
- 4 yumurta
- 2/3 su stəkanı şəkər
- 100 qram kişmiş
- 100 qram qaysı qurusu
- ½ paket vanil
- 100 qram şirin bulka suxarısı
Hazırlanması
- Kəsmiyi blendrlə çalın.
- Yumurta, şəkər, vanil və kərə yağın əlavə edin və çalmağa davam edin.
- Kişmiş və qaysı qurusun əlavə edin və yenidən çalın.
- Soba qabın yağlayın və suxarının yarısın ovub qabın dibinə səpin. Kütləni ora əlavə edin.
- Üzərinə qalan suxarını iri ovuntu halında səpin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sobanı söndürdükdən sonra 5 dəqiqə sobada saxlayıb götürün.
- Soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh