
Umac halvası
Ərzaqlar
- 600 qr kərə yağı
Umac üçün:
- 1kq un
- bir çimdik duz
- 200-300qr su
Şirə üçün:
- 1kq şəkər tozu
Hazırlanması
- 0,5 l su ən əvvəl pesokla suyu şirə üçün qaynatmaq lazımdır.
- Sonra isə ələnmiş una duzu əlavə edib asta-asta suyu unun üstünə səpə-səpə, əllə ovuşduraraq, umac hazırlanır.
- Hazırlanmış umac aşsüzəndən əllə sürtərək keçirtmək lazımdır. Aşsüzəndən keçən umacı ələmək, ələnmiş umacı 20 dəqiqə qurutmaq lazımdır.
- Ələnmiş umacdan bir boşqab un çıxmalıdır. İsinmiş yağa qurumuş umacı töküb qovurmağa başlanmalıdır.
- Qaşıqla yumurlanmasın deyə umacı əzə-əzə qarışdırmaq lazımdır.
- Qızılı rəngə çatanda umaca unu əlavə edib, yenidən qovurmaq lazımdır. Şirənin əlavə olunmasının dəqiq vaxtını bilmək üçün umacdan 1 qaşıq şirənin üstünə tökmək lazımdır.
- Həmin an umac cızz edib qaynayarsa, demək şirəni tökmək olar.
- Şirəni yaxşı-yaxşı qarışdırıb nimçələrə çəkirik.
Nuş olsun!
Hakkında: Azərbaycnada çox istifadə edilən şirniyyatlardandır. Adətən hüzür yerlərində bişirilir halva ama adı günlərdədə bişirip yeyə bilərsiniz.
2 Comments