Tviks piroqu
Ərzaqlar
- Tərkibi:
- 300 qram un
- 150 qram kərə yağı
- 100 qram şəkər
- 2 yumurta sarısı
- 60 qram süd
- 1 paket vanil
- 1 paket qabartma tozu
- İçlik üçün:
- 300 qram şəkər
- 400 qram qaymağ
- 200 qram qlükoza
- 15 qram kərə yağı
- Qlazur:
- 250 qram şokolad
Hazırlanması
- İçliyi hazırlamaq üçün bir qab götürün və şəkərlə qaymağı qazda qaynayana qədər qarışdırın. Qaynayanda qlükozanı əlavə edib 5 dəqiqə də qarışdırın və kənara qoyub yağ, qabartma tozu və vanili əlavə edin.
- Xəmiri hazırlamaq üçün bir qabda yumurta sarısına süd, vanil qatıb qarışdırın. Başqa qabda kərə yağı və şəkəri mikserlə çalın. Üzərinə yumurta qarışığı və unu əlavə edib xəmiri hazırlayın.
- Xəmiri 1 saat soyuducuda saxlayın.
- Perqament kağız götürün və soyumuş karamel içliyi 24×30 sm ölçüdə üzərinə yayın. Üsdünü perqament kağızla örtün və soyuducuya qoyun.
- Xəmiri soyuducudan götürün və 20 dəqiqə otağ temperaturunda saxlayın. Xəmiri soba listinə 24×30 sm ölçüdə yayın.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Hazır xəmiri ortadan uzununa 2 bərabər hissəyə bölün.
- Karamelli içliyi soyuducudan götürün və uzununa 2 hissəyə bölün.
- Xəmirin üzərinə içliyi qoyun və bu prosesi təkrar edin.
- Şokoladı su vannasında əridin və keksin üzərinə töküb hər tərəfini şokoladla örtün.
- Tviks formasında keks alınmalıdır.
Nuş Olsun!
ən son şərh