
Toyuq nar sousu ilə
Toyuq nar sousu ilə
Ərzaqlar
- Toyuq — 1 dənə
- Soğan — 2 dənə
- Nar şirəsi — 1/2 stəkan
- Ağ çaxır — 1/2 stəkan
- Un
- Zeytun yağı
Hazırlanması
- Soğan doğranılır və zeytun yağında qızıl rəng alana qədər qalın tavada və ya qazanda qızardılır.
- Toyuq doğranılır, unlanır və soğan qızardılan qazana yığılır.
- Üzərinə nar şirəsi, çaxır, duz, istiot əlavə olunur, qarışdırılır və vam odda kip bağlanan qabda 45 dəq. ərzində bişirilir.
- Hazır olunduqdan sonra üzərinə nar dənələri səpilir.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğun olacaq yeməklərdəndir.
Nuş Olsun!
ən son şərh