
tiramisu
Tiramisu
Ərzaqlar
- 4 yumurta
- 100 q şəkər tozu
- 500 q maskarpone pendiri
- 250 q savoyardi (təxminən 34 ədəd)
- 350 ml qəhvə (əriyən və ya bişirilmiş)
- kakao
- 2-3 x.q. şərab
- (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə)
Hazırlanması
- Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın.
- Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın.
- Savoyardiləri (hazırlanma qaydası burada) soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın.
- Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz.
- Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin.
- Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.
- Süfrəyə verərkən üzərinə çaysüzəndən istifadə edərək kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.
Hakkında: İtalyan mətbəxinin çox yayqın və asan hazırlanan şirniyyatlarındandı.
ən son şərh