
Vanilli pudinqli biskvit
Ərzaqlar
- Biskvit üçün
- 3 yumurta
- 1 su stəkanı şəkər
- 1 su stəkanı süd
- 1 paket qabartma tozu
- 2 su stəkanı un
- 2 xörık q. kakao
- 2 xörək q. duru yağ
- Pudinq
- 2 paket pudinq
- 1 litr. Süd
- 8 xörək q. qəhvəyi şəkər
Hazırlanması
- Əvvəlcə biskviti hazırlamaq üçün una kakao və qabartma tozu qatın.
- Yumurta ilə şəkəri mikserlə çalın.
- Un və duru yağı yumurtaya əlavə edin.
- Südü qazda və ya mikrodalğ\alı sobada isti edin və qarışdıra qarışdıra unlu qarışığa əlavə edin.
- Biskvit xəmiri hazırdır.
- 23 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin.
- Pudinqi hazırlamaq üçün bir qabda odda şəkəri bir az qovurun.
- Üzərinə 8 xörək q. süd əlavə edin.
- Qalan südü qaynar etdikdən sonra pudinqlə qarışdırın və 1 dəqiqə mikrodalğalı sobada istilədin. Kənara qoyub soyumasını gözləyin. Soyuduqdan sonra şəkərlə qarışdırın.
- Soyumuş biskvitdə stəkanın ağzı ilə yumru formalar açın və içindən çıxan biskviti ovun.
- Hazırladığınız pudinqi biskvitin üzərinə tökün və xırdalanmış biskviti də üzərinə səpin.
- üzərini stricləyin və soyuducuya qoyun.
Nuş olsun!
Vanilli pudinqli biskvit pudinq sevənləri sevindirəcək şirrniyyatdır.
ən son şərh