Tez hazır olan baunti dadlı rulet
Ərzaqlar
- 250 qram südlü peçenye
- 0,5 su stəkanı şəkər pudrası
- 2 xörək qaşığı kakao
İçlik:
- 200 qram kərə yağı
- 0,5 su stəkanı şəkər pudrası
- 1 su stəkanı kakos
Hazırlanması
- Peçenyeləri blendirlə xırdalayıb un halına gətirin.
- 2 xörək qaşığı kakao əlavə edin və qarışdırıb kənara qoyun.
- Yarım su stəkanı şəkər tozunu yarım stəkan qaynar su ilə qarışdırıb sipor halına gətirin.
- Peçenye ovuntusunun üzərinə əlavə edin.
- İçliyi hazırlamaq üçün kərə yağı ilə şəkər pudrasını çəngəllə yaxşı qarışdırın və kakosu əlavə edib qaşıqla qarışdırın.
- Masanın üzərinə 2 qat strec kağız qoyub üzərinə peçenye qarışığını əlavə edib düzbucaq formasında yayın.
- Üzərinə içliyi əlavə edin və hər tərəfə yayın.
- Rulet formasında bükün.
- 2 saat soyuducuda saxlayın.
- İstədiyiniz formada kəsib servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh