
Südlü Ramazan Loxması
Südlü Ramazan Loxması
Ərzaqlar
- yarım paket kərə yağı və ya marqarin
- 2 stəkandan bir az əksik qovrulmuş un
- 2 su stəkanı süd
- 4 ədəd yumurta
- 3 su stəkanı şəkər
- 3 su stəkanı su
- 2 su stəkanı günəbaxan yağı
Hazırlanması
- Əvvəl şərbətini hazırlayıb soyumağa buraxın.
- Yarım paket yağı qazanda əridin.
- İçinə qovrulmuş unu qoyun, yüngül atəşdə qatılaşana gələnə qədər qovurun.
- Üzərinə soyuq olaraq 2 stəkan süd töküb qarışdırın.
- Çox yüngül atəşdə südünü canına çəkməsi üçün ağızı bağlı olaraq gözlədin.
- Təkrar qarışdırıb soyudun.
- 4 ədəd yumurtanı tək-tək qıraraq içinə əlavə edin.
- Xəmirdən kiçik kiçik parçalar hazırlayın.
- Ovuc içində bu xəmirləri yuvarlayıb qaba düzün.
- Tavada qızdırdığınız günəbaxan yağında qızardın.
- Yağını süzdürərək əvvəldən hazırladığırız şərbətin içinə atın.
Hakkında: südlü ramazan loxması şirniyyatı asan hazırlanan şirniyyatdır. Nuş Olsun!
Reseptletiniz cox dadlidir,tesekkurler!..