Südlü qız tortu
Ərzaqlar
- Tərkibi:
- 250 qram un
- 1 /2 paket qabartma tozu
- 3 yumurta
- 550 qram qaynadılmış süd
- Krem üçün:
- 1 litr 30-35%-li qaymağ
- 250 qram qaynadılmış süd
- 1 paket vanil
Hazırlanması
- Xəmiri hazırlamaq üçün qaynadılmış südü bir qaba tökün və üzərinə 2 yumurta əlavə edib mikserlə çalın. Qabartma tozu ilə unu qarışdırıb yumurtalı qarışığa əlavə edin. Sıyıq xəmir alınmalıdır.
- Yumru formada 24 sm ölçüdə soba qabı götürün və perqament kağış qoyun.
- Hazırladığınız xəmirdən 10-11 korj bişirmək olar.
- Korjları əvvəlcədən 180 dərəcə qızdırlmış sobada 5-7 dəqiqə bişirin.
- Korjlar bişdiksə isdi-isdi kağızdan çıxardıb kənara qöyun.
- Kremi hazırlamaq üçün qaymağı və vanili bərkiyənə qədər mikserlə çalın. 250 qram qaynadılmış südü əlavə edərək çalmağa davam edin.
- Tortu hazırlamaq üçün korjları kremləyib üsd-üsdə yığın. Kənarların da kremlə örtün. 1-2 korji əllə xırdalayıb tortun üzərinə səpin və kənarlarını örtün.
- 5-6 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.
- Nəfis, iclə dadlı tortunuz hazırdır. Nuş olsun.
Nuş Olsun!
ən son şərh