Südlü piroq
Ərzaqlar
- Tərkibi:
- 125 qram kərə yağı
- 500 qram ilığ süd
- 5 yumurta
- 150 qram şəkər
- 110 qram un
- 1 paket vanil
- ½ paket qabartma tozu
Hazırlanması
- 4 yumurtanın ağın sarıdan ayırın. 1 yumurtanı bütün sarıya qatın.
- Sarını şəkər və vanillə mikserlə çalın.
- Yağı əvvəlcədən yumşaldın və sarıya qatıb qarışdırın.
- Unu əlavə edin və mikserlə çalmağa davam edərək ilığ südü də xəmirə qatın.
- Yumurtanın ağın mikserlə çoxlu çalın. Və xəmirə əlavə edib taxta qaşıq ilə qarışdırın.
- Soba qabını yağlayın və əvvəlcədən 180 dərəcə isidimiş sobada 40-45 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh