Südlü peçenyeli tort
Ərzaqlar
- Tərkibi:
- 4 yumurta
- 120 qram un
- 120 qram şəkər
- ½ paket vanil
- ½ paket qabartma tozu
- 1,5 xörək qaşığı kakao
- Krem üçün
- 100 qram şəkər
- 3 ədəd banan
- 20 %-li xama 200 qram
Hazırlanması
- Xəmiri hazırlamaq üçün yumurtanı mikserlə çoxlu çalın.
- Üzərinə vanil şəkər, kakao əlavə edin və çalmağa davam edin.
- Unu və qabartma tozunu əlavə edib taxta qaşıq ilə qarışdırın. Xəmir xama duruluğunda alınmalıdır.
- Biskvit bişirmək üçün istifadə olunan dərin soba qabına perqament kağız qoyun və xəmiri ora əlavə edin.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə bişirin.
- Kremi hazırlamaq üçün şəkər və xamanı dərin qabda şəkər həll olanadək mikserlə çalın.
- Tortı hazırlamaq üçün biskviti 4 hissəyə bölün.
- Korjları yaxşı kremləyin və bananı halqa formasında doğrayib kremin üzərinə düzün. Bu prosesi təkrat edin. Son qata ancaq krem çəkin.
- Nuş olsun.
Nuş Olsun!
ən son şərh