
Sosisli Pizza
Sosisli Pizza
Ərzaqlar:
- 1 kangal sosisi
- 3 su stəkanı un
- 1 çay qaşığı quru maya
- 1 su stəkanı ilıq su
- 1 çay qaşığı duz
- 3 ədəd orta boy pomidor
- 2 ədəd acı bibər
- 1 su stəkanı rəndələnmiş yağsız pendir
- 2 fincan zeytun yağı
Hazırlanması:
- Mayanı ilıq bir stəkan suda əzin içinə bir çay qaşığı şəkər əlavə edin.
- 3 stəkan unu ələyərək ortasını açın.
- İçərisinə duz, bir fincan zeytun yağı və mayanı əlavə edib yumşaq xəmir əldə edənə qədər yoğurun.
- Xəmiri sərin bir yerdə yaxşıca qabarana qədər saxlayın.
- Mayalanma işi bitincə yumurtadan böyük parçalar qoparıb, oxlov köməyi ilə yarım santimetr qalınlığında açın.
- Üzərinə zeytunyağı sürün. Açdığınız xəmirin üzərinə halqa halqa doğranmış sosiskaları düzün.
- Kiçik doğradığınız pomidoru, bibəri səpin. Yağsız pendiri də rəndələyərək üzərlərinə əlavə edin.
- Yağlanmış boşqaba qoyub yarım saata qədər saxlayın. Sonra sobada bişirib isti olaraq süfrəyə təqdim edin.
Nuş Olsun!
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır.
Kolbasa ilə Sasisqanı çox sevirəm !
təşəkkürlər
Cox maragli ve leziz menyudur