
Şokoladlı Turta
Şokoladlı Turta
Ərzaqlar
Xəmir üçün:
- 1/2 st. şəkər tozu
- 200 qr. kərə yağı
- 1 yumurta
- 2 1/4 st. un
İç üçün:
- 100 qr. şokolad
- 100 qr. şəkər tozu
- vanil
- 5 ç.q. mürəbbə suyu
- 2 yumurta
- 3 ç.q. doğranmış qoz (mütləq deyil)
Hazırlanması
- Xəmir üçün olan ərzaqlardan xəmir yoğrulur. Sonra orta qalınlıqda yayılır və şəkildəki kimi yağlanmış formaya keçirilir.
- Xəmir qalxmasın deyə çəngəl ilə bir neçə yerdən deşmək lazımdır. 180 dərəcədə 7-8 dəqiqə bişirilir.
- Xəmirin artıqlarını da yayıb bişiririk, içdə istifadə olunacaq. İçi hazırlayaq. Şokolad və yağ su vannasında əridilir.
- Əriyəndən sonra xəmir artıqlarını qırıntı edib əlavə edilir (4 yemək qaşıqı qədər ).
- Sonda vanil, mürəbbə suyu , yumurtalar və qoz əlavə olunur.
- Sobada bişirilən xəmirin içinə əlavə olunur və 180 dərəcə sobayda 15-17 dəqiqə bişirilir.
- İstəyən ( mütləq deyil, amma mən etmişəm) 100 qram şokoladı isidilmiş 100 qram qaymaqda əridib bir az soyuyan turtanın üzərinə əlavə ede bilər.
- Bu halda 3-4 saat şokoladın donmasını gözləmək lazımdır.
Nuş Olsun!
Hakkında: Şokolad severlər üçün gözəl seçimdir.
men bir seyi basa dusmedim 100qr seker tozu nece stekan edir xahis edirem onu mene bir deyin