Şokoladlı tort

Ərzaqlar

  • Tərkibi:
  • 200 qram kərə yağı
  • 2 su stəkanı un
  • 1,5 su stəkanı şəkər
  • ½ su stəkanı qəhvəyi şəkər
  • ¾ su stəkanı kakao
  • 1 paket qabartma tozu
  • 2 yumurta
  • ½ su stəkanı xama
  • ½ paket qabartma tozu
  • Krem üçün:
  • 670 qram qara şokolad
  • 300 qram kərə yağı

Hazırlanması

  1. Əvvəlcədən sobanı 180 dərəcə qızdırın.
  2. Bir qab götürün və unu, şəkəri kakao, qabartma tozunu qarışdırın.
  3. Başqa qabda kərə yağını bir su stəkanı su ilə odda qaynadın. Unun üzərinə əlavə edib mikserlə çalın.
  4. Sonra bunun üzərinə yumurta, xama və vanili əlavə edib xəmiri hazırlayın.
  5. Soba qabına perqament kağlz qoyun və 35-45 dəqiqə bişirin.
  6. Kremi hazırlamaq üçün şokoladı su vannasında əridin. Sonra üzərinə kərə yğın əlavə edib mikserlə çalın.
  7. Xəmir soyuduqdan sonra onu iki hissəyə bölün və korjları kremləyib üst-üstə yığın.
  8. 8 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10