Şokoladlı Tenerina tortu
Ərzaqlar
- Tərkibi:
- 200 qram qara şokolad
- 100 qram kərə yağı
- 60 qra un
- 5 xörək qaşığı süd
- 150 qram şəkər
- 5 yumurta
- 100 qram şəkər pudrası
Hazırlanması
- Şokoladı xırda hissələrə bölün və su vannasında qazda əridin.
- Yağı xırda xırda doğrayın və şokolada əlavə edib əriyənədək qazda qarışdırın. Sonra kənara qoyub soyumağın gözləyin.
- Yumurta ağın sarıdan ayırın. Sarını şəkərin yarısı ilə mikserlə çalın. Üzərinə şokoladlı qarışığı əlavə edin.
- Südü və unu da üzərinə əlavə edib qarışdırın.
- Yumurta ağın ayrı mikserlə bərkiyənədək çalın. Üzərinə qalan şəkəri əlavə edib çalmağa davam edin.
- Sonra yumurta ağın şokoladlı qarışığa əlavə edib taxta qaşıq ilə qarışdıırın.
- 24 sm dairə formasında soba qabın kərə yağı ilə yağlayın və bir az un səpin.
- Xəmiri qaba əlavə edin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
- Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin.
Nuş Olsun!
ən son şərh