
Şokoladlı mannılı tort Rulet
Ərzaqlar
- Xəmir üçün:
- 6 xörək q. un
- 2 xörək q. kakao
- 6 yumurta
- 5 xörək q. şəkər
- 1 paket vanil
- 1 paket qabartama tozu
- Yarım çay q. limon şirəsi
- Krem üçün
- 350 qram 2,5%-li süd
- 4,5 xörək q. mannı yarması
- 1 paket vanil
- 3 xörək q. şəkər
- 360 qram kəsmik
Hazırlanması
- Əvvəlcə qabda aşağı odda südü isti edin və yavaş-yavaş mannını şəkəri əlavə edin, qatılaşana qədər 5 dəqiqə bişirin.
- Kənarda soyumağa qoyun. Biskviti hazırlamaq üçün yumurtanın ağını limon şirəsi ilə ağaranacan çalın.
- Yumurtanın sarısını şəkərlə mikserlə çalın. Yavaş-yavaş yumurtanın ağın sarısına qarışdırıb qaşıqla qarışdrın.
- Qabartma və vanillə qarışdırılmış unu biskvit xəmirinə əlavə edib yavaş-yavaş qarışdırın.
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Soba listinə yağlanmış qida kağızı qoyun və xəmiri əlavə edib hamarayın. 20 dəqiqə sobada bişirin.
- Hazır biskviti çay dəsmalının üzərinə qoyun və qida kağızını çıxarın. Uzununa 3 hissəyə bölün.
- Dəsmalla rulet formasında bükün. 5 dəqqiqə qaldıqdan sonra açın. Kəsmiyi blendrlə çalın. Üzərinə 5 xörək q. mannı əlavə edin.
- Soyumuş xəmirin üzərinə alınmış mannılı kəsmikli kremi çəkib təzədən rulet formasında bükün.
- Alınmış ruletləri strecləyin və soyuducuda 4 saat saxlayın.
Nuş Olsun!
Şokoladlı mannılı tort ruleti fərqli dadı ilə sizi təəccübləndirəcək.
ən son şərh