
Şokoladlı Keks
Şokoladlı Keks
Ərzaqlar
- 1 paket şokolad
- 1 yemək qaşığı marqarin
- 3 ədəd yumurta
- 1,5 su stəkanı toz şəkər
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 su stəkanı duru yağ
- 1 su stəkanı qatıq
- 1 çay qaşığı darçın
- 3 su stəkanı un
Hazırlanması
- Geniş bir qabın içində yumurtalarla şəkəri yaxşıca çırpın.
- Ayrı bir yerdə unu, qabartma tozunu, vanil və darçını ələyib qarışdırın.
- Yumurtalara qatıq və duru yağ əlavə edib qarışdırın.
- Ən son unlu qarışığı əlavə edib qarışdırın və xəmiri yağlayıb unladığınız keks qəlibinə boşaldın.
- Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.
- Şokolad və marqarini buxar hamamı üsulu əridib qarışdırın.
- Keks sobadan çıxdıqdan sonra şokoladı keksin üzərinə sürün.
- Soyuduqdan sonra servis edin.
Haqqında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şokoladlı keksiniz yumşaq olacaq. Nuş olsun!
super reseptti
bu resepti vidio formasindada qoyunda zehmet olmasa
Şokoladlı keks sobada nəcə deqiqeye bisir
cox gozel retsepdir
eledim cox gozel ve dadli alindi