Şokoladlı kəsmikli pirojnalar
Ərzaqlar
- Tərkibi:
- 3 yumurta
- 50 qram süd
- 50 qram duru yağ
- 4 xörək qaşığı şəkər
- 3 xörək qaşığı kakao
- 160 qram un
- ½ paket qabartma tozu
- İçlik üçün:
- 200 qram 5%-li kəsmik
- 3 xörək qaşığı şəkər
- 1, 5 xörək qaşığı un
Hazırlanması
- Yumurta sarısını şəkərlə mikserlə çalın.
- Südü və duru yağı əlavə edin və çalmağa davam edin.
- Başqa qabda unu kakao və qabartma tozunu qarışdırın və yumurtalı qarışığa əlavə edib bir kütlə halını alanadək qarışdırın.
- İçliyi hazırlamaq üçün kəsmiyə şəkər və unu əlavə edib mikser və ya blendrlə çalın.
- Düzbucaq formasında şüşə soba qabını yağlayın (20×20 ölçüdə). Xəmiri hər tərəfə eyni ölçüdə yayın.
- İçiyi xəmirin üsdünə şirniyyat kisəsi ilə kvadrat formasında yayın.
- Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişirin.
- Tam soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh