Şokoladlı-kəsmikli Jiraf piroqu

Ərzaqlar

  • Tərkibi:
  • 200 kərə yağı
  • 150 qram şəkər
  • 1 yumurta
  • 2,5 su stəkanı un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 2 xörək qaşığı kakao
  • İçlik üçün:
  • 1 su stəkanı şəkər
  • 500 qram kəsmik
  • 300 qram xama
  • 1 paket vanil
  • 3 xörək qaşığı nişasta
  • 3 yumurta

Hazırlanması

  1. Şəkər və yumurtanı mikserlə çalın.
  2. Üzərinə yağı əlavə edin və çalmağa davam edin.
  3. Unu qabartma tozu, vanil və kakao ilə qarışdırın və yumurtaya əlavə edin.
  4. Xəmiri 20 dəqiqə soyuducuda saxlayın.
  5. Xəmiri 2 hissəyə elə bölün ki, 1 hissəsi çox olsun.
  6. İçliyi hazırlamaq üçün lazım olan ərzaqları qarışdırın.
  7. Böyük hissəni 24 sm ölçülü dairə formasında soba qabına elə yayın ki, qabın yan divarların da örtsün.
  8. Üsdünə içliyi bərabər formada yayın.
  9. Qalan xəmirdən balaca dairə formasında formalar düzəldib içliyin üsdünə qoyun.
  10. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.

Nuş olsun.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10