Şokoladlı badamlı keks
Ərzaqlar
- 0,5 su stəkanı süd
- 3 ədəd yumurta
- 70q kərə yağı
- 35qram şəkər tozu
- 20qram kakao
- 100q şokolad (xırda doğranmış)
- 100 qram badam ləpəsi
- 1 paket qabartma tozu
- 1 paket vanil
- 350q un
Hazırlanması
- Yumurtanı şəkərlə birlikdə mikserlə çalın.
- Əvvəlcədən yumşaldılmış yağı və südü əlavə edin.
- Bir başqa qabda unu qabartma tozu, vanil və kakao ilə qarışdırın və qarışığa əlavə edin.
- Sonda şokoladı və badamı xırda formada doğrayın və xəmirə əlavə edin, asta-asta qarışdırın.
- Xəmirdən kürəciklər düzəldin.
- Keks üçün formaya düzün.
- 180 dərəcəyə qədər isidilmiş sobada 20 dəqiqə bişirin.
- Soyuduqdan sonra dadlı keksləri servis edə bilərsiniz.
Nuş Olsun!
ən son şərh