
Sazan Balığı
Sazan Balığı
Ərzaqlar
- 2 kq sazan balığı
- 3 quru soğan
- 1 dəstə cəfəri
- 200 qr kərə yağı
- 1 limon
- 1 su stəkanı ağ şərab
- 1 çay qaşığı qırmızı bibər
- Duz, acı bibər
Hazırlanması
- Balıqları təmizləyib, yaxşıca yuduqdan sonra duzlayaraq 10 dəqiqə saxlayın.
- Təmiz soba qabının üzərinə kərə yağı sürtüb sobada qızdırın və balığı üzərinə yerləşdirin.
- Soğan və cəfərini incə doğranmış, duz və acı bibərlə birlikdə qarışdırın.
- Hazırladığınız qarışığı balığın üzərinə sürərək 200 dərəcə istilikdəki sobaya qoyun.
- Sobada 15-20 dəqiqə bişirdiyiniz balığın üzərinə ağ şərab tökərək süfrəyə təqdim edin.
Hakkında: Bişirilməsi asan və çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh