
Saxsı qabda göbələkli toyuq
Saxsı qabda göbələkli toyuq
Ərzaqlar
- Toyuq filesi.
- Göbələk- 1 kq.
- Holland pendiri -300 qr.
- Soğan – 6 əd
- Zeytun yağı .
- Soya sousu -2 xq.
- Duz ,istiot.
Hazırlanması
- Soğanı uzun-uzun doğrayıb qızardırıq.Göbələkləridə doğrayıb soğana əlavə edib qızardırıq.
- Toyuq filesinə duz , istiot vurub bir buğum qaynadırıq və qızartdığımız soğanla göbələyə əlavə edib qovururuq.
- Duz , istiot əlavə etmək yadınızdan çıxmasın.
- Bişənə yaxın soya sousunu əlavə edib qarışdırıb ocaqdan götürürük.
- Götürdükdən sonra saxsı qablara yığıb üstünə sürtkəcdən keçirdiyimiz holland pendirini səpib sobaya 220 *-də 15 dəq bişirib və soyumadan nuşi canlıqla yeyirik.
Hakkında: Bişirilməsi asan və ləzzətli yeməklərdən sayılır. Nuş olsun!
ən son şərh