
Şaftalı Sarması
Şaftalı Sarması
Ərzaqlar
Xəmir üçün:
- 1 stəkan ərinmiş marqarin
- 1 stəkan pudra şəkəri
- 1 stəkan duru yağ
- 1 stəkan qatıq
- 1 paket qabartma tozu
- yarım limon
- 1 stəkan un
- 1 yumurta
İçlik üçün:
- 2 şaftalı
- 1 xörək qaşığı quru üzüm
- 1 xörək qaşığı fındıq
- 2 xörək qaşığı şaftalı marmaladı
Hazırlanması
- Bir qabda xəmir üçün olan ərzaqları qarışdırıb yoğurun.
- Şaftalıları küp şəklində doğrayın.
- Xəmiri oxlovla açıb iki tərəfinə bıçaqla iz atın.
- Ortasına şaftalı, üzüm və fındığı əlavə edib saç hörgüsü kimi büküb 180 dərəcə isidilmiş sobada bişirin.
- Şaftalı marmaladını istilədib bişirdiyiniz sarma üstünə sürtün.
- Fındıq və ya fıstıq səpərək süfrəyə təqdim edin.
Hakkında: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, şaftalı sarmanız yupyumuşaq olacaq.
Nuş Olsun!
ən son şərh