
Saçaqlı Mantı
Saçaqlı Mantı
Ərzaqlar:
- 5 ədəd lavaş
- 2 ədəd böyük toyuq sinəsi və suyu
- 2 su stəkanı noxud
- 1 kasa qatıq
- 3-4 diş sarımsaq
- Qırmızı pul bibər, duz, qara bibər, cəfəri (damaq dadınıza görə)
Hazırlanması:
- Lavaşları tək-tək ovaraq oxlovla çıxarın. Ovğaladığımız lavaşları bır barmaq qalınlığında kəsin.
- Əvvəlcədən bişirdiyiniz noxudu toyuq ilə birlikdə bişirin. İçərisinə duz və qara bibər əlavə edin.
- Nimçəyə kəsilmiş lavaşları səpərək 10 dəqiqə sobada saxlayın. Sobadan çıxarıb üzərinə dilimlənmiş toyuq və noxudları yerləşdirin.
- Toyuq suyunu üzərinə tökün. Təkrar sobaya qoyub suyunu özünə çəkənə qədər 10 dəqiqə sobada bişirin.
- Sobadan çıxartdıqda sonra üzərinə sarımsaqlı qatıq gəzdirib qırmızı pul bibər və doğranmış cəfəri əlavə edin.
- Xörəyi süfrəyə isti şəkildə verin.
ən son şərh