Quş südü konfeti
Ərzaqlar
- Tərkibi:
- 180 qram şəkər
- 150 qram qaynadılmış süd
- 100 qram kərə yağı
- 3 yumurta ağı
- 15 qram jelatin
- 100 qram su
- 300 qram qara şokolad
Hazırlanması
- Jelatin və şəkəri qarışdırın. Üsdünə su əlavə edin. Aşağı temperaturda şəkər əriyənədək qarışdırın. (jelatin qaynamamalıdır)
- Yağı qayndılmış süd ilə mikserlə çalın.
- Ayrı qabda yumurta ağın köpük halınadək çalın. Üzərinə jelatini əlavə edin.
- Üzərinə yağla qaynadılmış süd qarışığın əlavə edin.
- Alınmış kütləni düzbucaq formasında bir qaba tökün.
- 3 saat soyuducuda saxlayın.
- Şokoladı su vannasında əridin.
- Donmuş sufleni kvadrat formasında kəsin və şokoladda fırladıb serviz edəcəyiniz qaba yığın.
Nuş Olsun!
ən son şərh