
Qozlu Üzümlü Keks
Qozlu Üzümlü Keks
Ərzaqlar
- 3 ədəd yumurta
- 125 qr marqarin
- 1 stəkan süd
- 8 yemək qaşığı pudra şəkəri
- 2 stəkan un
- 1 qəhvə fincanı tumsuz üzüm
- 1 stəkan qoz
- 1 paket vanil
- 1 paket qabartma tozu
- 1 limon qabığı rəndəsi
Hazırlanması
- Yağ və pudra şəkərini bir kasaya qoyun.
- Ağlaşana qədər qarışdırın.
- Yumurtaları tək-tək qırıb yağa qatın.
- Üzərinə südü əlavə edin. Unu ələyin.
- Döyülmüş qoz və üzümləri qarışdırın.
- Limon qabığı rəndəsi, vanil və qabartma tozunu əlavə edib yaxşıca qarışdırın.
- Marqarini yağlanılmış keks qablarına töküb əvvəldən isidilmiş 180 dərəcədəki sobada 40 dəqiqə qədər bişirin.
- Soyuduqdan sonra qabları çıxarıb süfrəyə verin.
Not: Bu resepti dəqiqliklə yerinə yetirsəniz, qozlu üzümlü keksiniz yupyumuşaq olacaq.
Nuş Olsun!
ən son şərh