Qozlu mürəbbəli keks
Ərzaqlar
- 3 yumurta
- 1,5 su stəkanı şəkər tozu
- 5 xörək qaşığı duru yağ
- 1 su stəkanı süd
- 2su stəkanı un
- 1 paket vanel
- 1 paket qabartma tozu
- Yarım stəkan qoz
- Yarım stəkan kişmiş
- İstənilən mürəbbə suyu yarım su stəkanı
Hazırlanması
- Yumurta ilə şəkər tozunu mikserlə çalın.
- Üzərinə duru yağ südü əlavə edin və yenidən mikserlə çalın.
- Vanel və qabartma tozunu unla qarışdırın və qarışığa əlavə edib əllə qarışdırın.
- Qozu xırda-xırda doğrayin və kişmişlə birlikdə xəmirə əlavə edin.
- Sobanı 180 dərəcə öncədən qizdirin və soba qabına perqament kağız qoyub xəmiri ora əlavə edib bişirin.
- Bişdikdən sonra 30 dəqiqə soyudun. Kənarlarını kəsin və ayrı qaba ovun.
- Hazır xəmirin üzərinə istədiyiniz mürəbbə şirəsi tökün və ovuntunu üstünə səpin.
Nuş olsun.
ən son şərh