
Qozlu, darçınlı, köklü tort
Ərzaqlar
- 4 yumurta
- 1,25 su stəkanı duru yağ
- 2 su stəkanı şəkər
- 2 su stəkanı un
- 2 çay q. qabartma tozu
- 2 çay q. çay sodası
- 1 çimdik duz
- 2 çay q. üyüdülmüş darçın
- 4 kök
- 1 su stəkanı qoz
- 100 qram kərə yağı
- 230 qram kəsmikli pendir
- 1 paket vanil
- 4 su stəkanı şəkər tozu
Hazırlanması
- Sobanı 170 dərəcə qızdırın.
- Soba qabına yağlı kağız qoyun.
- Kökü sürtgəcdən keçirin, 3 stəkan alınmalıdır.
- Yumurtanı, duru yağı şəkər və vanili qarışdırın.
- Sonra unu, qabartmanı, darçını əlavə edin.
- Sonda doğranmış qoz və kökü əlavə edin.
- Sobada 40-50 dəqiqə bişirin.
- Soyuduqdan sonra qabdan çıxardın.
- Kremi hazırlamaq üçün kərə yağı, kəsmikli pendir şəkər tozu və vanili qarışdırın.
- Bişmiş köklü xəmiri kremləyin və üzərinə bəzək üçün qoz səpin.
Nuş olsun!
Qozlu, darçınlı, köklü tort həm meyvəli həm də darçınlı şirniyyatdır.
ən son şərh