
Qoşa şokoladlı moruqlu pavlova
Ərzaqlar
- 6 ədəd yumurta ağı
- 300 gr (1,5 su stəkanı) toz şəkər
- 3 yemər qaşığı kakao
- 1 yemək qaşığı balzamik sirkə
- 50 gr şokolad (kiçik doğranmış)
- Moruq (donmuş və ya təzə)
- 500 ml (2,5 su stəkanı) çalınmış krem (1 yemək qaşığı pudra şəkəri ilə çalınmış)
- Yumurta ağlarını (yumurtanın sarısının qarışmadığından əmin olmaq üçün) tək tək ayrı bir kasaya ayırın, sonra mikser qabına qoyun.
Hazırlanması
- Sobanı 180 dərəcədə isidin.
- İki ədəd soba qabına yağlı kağız sərin.
- Bir ədəd kiçik şirniyyat boşqabın yağlı kağızın üzərinə qoyun və qələmlə çevrə çəkin.
- Hər bir kağıza 2 ədəd dairə çəkin.
- Cəmi 4 dairəniz olacaq.
- Yağlı kağızları tərs çevirin.
- Bir qaba şəkəri qoyun.
- Ayrı bir qaba kakaoyu ələyin.
- yumurta ağlarını içinə qoyun.
- Yumurta ağlarını təqribən 1,5 dəqiqə köpük köpük olub qabarana qədər qarışdırın.
- Bir yemək qaşığı ilə toz şəkərdən yavaş yavaş yumurta ağına əlavə edərək qarışdırmağa davam edin.
- 3,5 dəqiqə qabarana qədər qarışdırın.
- ələnmiş kakaonu, şokolad parçalarını və balzamik sirkəni əlavə edin və altdan yuxarıya doğru dairəvi formada hərəkətlərlə qarışdırın.
- Əvvəlcə bu bizeləri biraz soba boşqabının kənarlarına (yağlı kağızın altına) sürtün.
- Bu kağızın boşqaba yapışmasını və sizin asanlıqla bizeni dairənin içinə yayılmasına kömək olacaqdır.
- İki boşqabın dairələrinin ortasına qarışımı bərabər miqdarda paylaşdırın və qaşıq köməyiylə çöldən içəriyə doğru hərəkətlərlə yayın.
- İki boşqabı da alltlı üstlü sobaya qoyun qapağını örtün və soba dərəcəsini 140’a salın.
- 1 saat 10 dəqiqə bişirin.
- Sonrasında sobanı söndürün.
- Qapağını açın soyuyana qədər qalsın.
- Kənarları çatlayacaq, içləri quruyacaq.
- Soyuduqdan sonra bizeləri diqqətli bir şəkildə yağlı kağızlardan sıyırın və qatların arasına krem və moruqlar qoyaraq üst-üstə düzün.
- Ən üstə şokolad rəndələyin və dilimləyərək servis edin.
Nuş olsun!
Qoşa şokoladlı moruqlu pavlovu həm hazırlayanda həm də dadına baxanda zövq alacaqsınız.
ən son şərh