Qazda hazırlanan tort
Ərzaqlar
- Tərkibi:
- 2 yumurta
- 200 qram şəkər
- ½ paket vanil
- 2 xörək qaşığı kakao
- 50 qram kərə yağı
- 1 paket qabartma tozu
- 300 qram süd
- 200 qram un
- Krem üçün:
- 500 qram xama
- 4 xörək qaşığı şəkər pudrası
- Göyəm cemi və ya pavidlası
- Bəzək üçün:
- 100 qram südlü şokolad
Hazırlanması
- Xəmiri hazırlamaq üçün yumurta, vanil və şəkəri mikserlə çalın. Yağı əlavə edin və çalmağa davam edin.
- Una qabartma tozu, kakao, və vanil qatıb yumurtaya əlavə edin və taxta qaşıq ilə qarışdırın.
- Südü ilığ formada əlavə edib qarışdırın.
- Tavanı isdi edin, yağlayın. 1 çomçə xəmirdən tavaya əlavə edin və tavanın qapağın ürtün. Aşağı temperaturda qazda 3 dəqiqə bişirin və o biri üzün də bişirin. (blini hazırlanması qaydası ilə eynidir)
- Bu kütlədən 9-10 dənə korj alınır.
- Kremi hazırlamaq üçün xama və şəkər pudrasın mikserlə çalın.
- Tortu hazırlamaq üçün korjları kremləyin, kremin üsdündən 2 çay qaşığı cem çəkin. Bu prosesi korjlar bitənədək təkrarlayın.
- Üzərinə şokoladı sürtgəcdən keçirdib səpin.
Nuş Olsun!
ən son şərh