Qaysılı-qarağatlı rulet

Ərzaqlar

  • Tərkibi:
  • ½ paket vanil
  • 200 qram maskarponi pendiri
  • Jele üçün:
  • 400 qram qaysı
  • 170 qram şəkər
  • 300 qram qarağat
  • 1 xörək q. şəkər pudrası
  • 150 qram kəsmik
  • 10 qram jelatin
  • 3 çay q. limon duzu

Hazırlanması

  1. Qaysıları yarı bölün və tumdan təmizləyin.
  2. Bir qazan götürün və qaysı, qarağat, 150 qram şəkər və limon duzunu qarışdırıb qazda aşağı odda 10 dəqiqə qaynadın.
  3. Qazdan götürüb blendrlə pure halına salın.
  4. Jelatisi su ilə isladıb bir qədər şişdiksən sonra meyvəli pureyə qatın.
  5. Soba listinə perqament kağız qoyun və 20 qram şəkəri kağıza səpin. Üzərinə meyvəli pureni tökün.
  6. 1 saat soyuducunun buz dolabında saxlayın.
  7. Maskarponini kəsmik, vanil və şəkər pudrası ilə qarışdırın və buz dolabından meyvəli jelenin üsdünə kremi elə yayın ki, jelenin kənarları bir qədər bos qalsın.
  8. Jeleli kütləni uzununa rulet formasında bükün və yenidn 1 neçə saat soyuducuda saxlayın.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10