Qatıqlı mürəbbəli tort
Ərzaqlar
- Tərkibi:
- 1 su stəkanı qatıq
- 1 su stəkanı şəkər
- 2 su stəkanı un
- 2 yumurta
- 1 su stəkanı zövqə görə mürəbbə
- 1 xörək qaşığı kakao
- ½ paket qabartma tozu
- ½ paket vanil
- Krem üçün:
- 1 su stəkanı şəkər
- 200 qram xama
Hazırlanması
- Yumurta ilə şəkəri mikserlə çalın.
- Başqa qabda mürəbbə ilə qatığı mikserlə çalın və yumurtaya əlavə edin.
- Unla qabartma tozu, kakao və vanili qarışdırın və yumurtalı qarışığa əlavə edin.
- Dairə formasında olan soba qabın yağlayın və xəmiri əlavə edin.
- Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
- Korj soyuduqdan sonra 2 hissəyə bölün. Üstdən şişən hissəni kəsib ovun.
- Kremi hazırlamaq üçün xama ilə şəkəri mikserlə çalın.
- Korjları kremləyib üst-üstə yığın. Ovuntu ilə yanların örtün. Üsdünə şokolad da sürtgəcdən keçirdib səpə bilərsiniz.
Nuş Olsun!
ən son şərh