
Qatılaşdırılmış südlü, kəsmikli keks
Ərzaqlar
- 100 qram kərə yağı
- 100 qram şəkər
- 3 yumurta
- 200 qram un
- 200 qram kəsmik
- 1 çay q. qabartma tozu
- 1 çay q. Vanil
- 100 qram qatılaşdırılmış süd
- Qoz
Hazırlanması
- Sobanı 180 dərəcə qızdırın.
- Yağı şəkər ilə qarışdırın.
- Yumurtanı əlavə edib mikserlə çalın.
- Sonra kəsmiyi və vanili əlavə edin.
- Una qabartma tozu qatıb qarışığın üzərinə tökün.
- Bərk olmayan xəmir alınmalıdır.
- Yağlanmış keks qablarının yarısına qədər xəmirdən töküb 2 çay qaşığı qatılaşdırılmış süd və doğranmış qoz əlavə edin, üstünə yenə xəmirdən tökün.
- Keks qabları tam dolmamalıdır.
- 20-30 dəqiqə sobada bişirin.
- Soyuduqdan sonra servis edə bilərsiniz.
Nuş olsun!
Qatılaşdırılmış südlü, kəsmikli keks çox ləzzətli şirniyyatdır.
ən son şərh