
Qaspaço
Qaspaço
Ərzaqlar
- 12-14 orta yetişmiş pomidor
- 2 xiyar
- 2 bolqar bibəri
- 1 baş qırmızı soğan
- 1 diş sarımsaq
- 4-5 dilim qara çörək (qabıqsız)
- 80-90 ml zeytun yağı
- 2-3 x.q. qırmızı üzüm sirkəsi
- cəfəri
- iri duz
- əzilmiş qara istiot
- tabasko sousu (istəyə görə)
Hazırlanması
- Xırda doğranmış sarımsaqla iri duzu həvəngdəstədə pasta halına gələnədək əzin.
- Qara çörəyin içini və zeytun yağını buraya əlavə edib yenə əzməkdə davam edin.
- Ağzını bağlayıb soyuducuya qoyun. Soğanı xırda doğrayıb üzərinə üzüm sirkəsi tökün. Qoyun bir az qalsın.
- Pomidorların üzərini bıçaqla çarpaz çərtərək qaynar su tökün, belədə qabığı yaxşı təmizlənəcək.
- Bolqar bibərinin üzərinə azca bitki yağı çəkib isti sobada 10 dəqiqə bişirin.
- Üzəri bir az qızarandan sonra çıxarıb qaba yığın, ağzını bağlayıb 5 dəqiqə saxlayın.
- Xiyarın qabığını soyun. Cəfərini doğrayın. Pomidorların toxumunu çıxarın.
- Bir az xırdalayıb bu tərəvəzlərin hamısını blenderdən keçirin.
- Buraya əvvəlcədən hazırladığınız çörəkli pastanı, sirkəli soğanı və azca zeytun yağı əlavə edib yenə blenderi işə salın.
- Bircinsli maye alınanda duzunu yoxlayın. Əgər istəsəniz, tabasko sousu əlavə edə bilərsiniz.
- Sonra bu şorbanı bir neçə saatlığa soyuducuya qoyun. Qaspaço soyuq yeyilir.
- Süfrəyə verərkən üzərinə limon sıxa, avokado şirəsi, suxarı əlavə edə bilərsiniz..
Haqqında: Damağınızın dadını dəyişmək üçün gözəl seçımdir.Nuş olsun!
ən son şərh