Qarlı dağlar tortu

Ərzaqlar

  • Tərkibi:
  • 100 qram kərə yağı
  • 200 qram su
  • 2 xörək qaşığı şəkər
  • 3 yumurta
  • 200 qram un
  • Krem üçün:
  • 500 qram xama
  • 150 qram şəkər
  • 100 qram qara şokolad

Hazırlanması

  1. Bir qazan götürün və suyu qaynadın.
  2. Üzərinə yağı, şəkəri əlavə edib qarışdıırın.
  3. Yağnan şəkər həll olub qaynayanda unu əlavə edib 3dəqiqə qazda qarışdırıb kənara qoyun.
  4. Xəmir bir az soyuduqdan sonra yumurtaları əlavə edin.
  5. Soba listinə perqament kağız qoyun və xəmirdən çay qaşığı ilə götürüb listə yığın.
  6. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 10-12 dəqiqə qızılı rəng alanadək bişirin.
  7. Kremi hazırlamaq üçün xamanı şəkərlə qarışdırın.
  8. Bişmiş çıxıntılı formaları kremdə fırladıb dağ formasında üst-üstə yığın.
  9. Qalan kremi də üsdünə tökün.
  10. Şokoladı su vannasında əridib üzərinə ordan burdan tökün.
  11. Bir neçə saat soyuducuda qaldıqdan sonra servis edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10