
Qarışıq Ərişde
Qarışıq Ərişdə
Ərzaqlar
- 2 su stəkanı su
- 2 xörək qaşığı kərə yağı
- 300 qram ev əriştəsi
- 2 ədəd orta ölçülü balqabaq
- 1 ədəd qırmızı bibər
- Yarım su stəkanı konserv qarğıdalı
- Yarım su stəkanı dördə bölünmüş qoz
- 5-6 budaq şüyüd
- Duz
Hazırlanması
- Süd, 2 su stəkanı su, 1 xörək qaşığı kərə yağı və duzu bir qazana töküb ocağa qoyun.
- Qaynamağa başlayınca üzərinə əriştələri əlavə edin.
- Digər tərəfdən qalan kərə yağını əridib kub-kub doğranmış balqabaq və qırmızı bibəri bişirin.
- Ocaqdan götürməyə yaxın, qarğıdalıları və duzunu da əlavə edin.
- Hamısını birlikdə bir iki dəfə qarışdırdıqdan sonra ocaqdan alın.
- Bişən əriştələri süzüb servis qabına alın.
- Üzərinə tərəvəzli qarışığı əlavə edin. Qozları əlavə edin.
- Şüyüd ilə bəzəyərək servis edin.
Haqqında: Bişirilməsi çox asan və çox ləzzətli yeməklərdən sayılır.Nuş olsun!
3 Comments