
Qara meşə tortu
Ərzaqlar
- 5 yumurta
- 70 qram un
- 500 qram 35%-li qaymaq
- 250 qram albalı
- 200 qram su
- 350 qram şəkər
- 1 çay q. nişasta
- 1 çay q. çay soda
- 200 qram şəkər tozu
- 1 çimdik duz
- 30 qram kakao tozu
Hazırlanması
- Biskviti hazırlamaq üçün yumurtanın ağını sarısından ayırın.
- Sarısını 200 qram şəkər ilə mikserlə çalın.
- Ağını ayrı qabda bərkiyənə qədər çalın və yumurtanın sarısına taxta qaşıq ilə qarışdıra-qarışdıra əlavə edin.
- Kakaonu, duzu, sodanı una qatıb yumurtalı kütləyə yavaş yavaş əlavə edin.
- Alınmış xəmiri 3 hissəyə bölün.
- Soba qabına yağlı kağız qoyun.
- Xəmiri yayıb əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30-40 dəqiqə bişirin.
- Albalını yuyub tumlarını təmizləyin.
- Bir az bəzək üçün götürün.
- Qalanının üzərinə 50 qram şəkər səpik ki, öz şirəsini buraxsın.
- Korjları islatmaq üçün sirop hazırlayın.
- 100 qram suyu odda qaynadın.
- Albalıları əlavə edib qaynamasını gözləyin.
- Qaynayanda nişasta əlavə edin.
- Bir neçə dəqiqə qaynadıqdan sonra maye bərkiyəcək.
- Oddan götürüb üstünü qida kağızı ilə yaxşı örtün.
- Qaymağı mikserlə çalın.
- Şirin krem sevənlər qaymağa 200 qram şəkər tozu qata bilərlər.
- Birinci korjun üzərinə qaymaq sonra vişnəli məhlulu çəkin.
- 2-ci korju da bu qayda ilə təkrarlayın.
- 3-cünün üstünə qaymaq töküb tortun kənarlarını da qaymaqla bağlayın.
- Üstünə sürtgəcdən keçirilmiş şokolad və albalı düzə bilərsiniz.
- Sonra 2 saat soyuducuda saxlayın.
Nuş olsun!
Qara meşə tortu şirniyyatı çətin hazırlanan şirniyyatdır.
ən son şərh