
Pudinqli Heyva Şirniyyatı
Pudinqli Heyva
Ərzaqlar
- 2 ədəd heyva
- 2 çay stəkanı toz seker
- 1 çay stəkanı su
- 1 ədəd rəndələnmiş alma
- 2 xörək qaşığı qoz
- yarım paket hazır kakaolu pudinq
- 1 su stəkanı süd
- 1 desert qaşığı marqarin
- 1 xörək qaşığı rəndələnmiş şokolad
Hazırlanması
- Heyvaları ortadan iki hissəyə ayırın.
- Təmizləyib qazana düzün. Ortasına toz şəkər səpin.
- Suyu əlavə edin. Az dərəcəli odda 15 dəqiqə bişirin.
- Soyuyunca heyvaları boşqaba qoyun. Rəndələnmiş almaya, qozu qarışdırın.
- Heyvaların ortasına doldurun. Pudinqi süd ilə qarışdırıb orta atəşdə bişirin.
- Pudinq konsistensiyasına gəlincə 1 desert qaşığı marqarini əlavə edib, qarışdıraraq əridin və ocaqdan alın.
- Heyvaları üzərinə yayın. Ən üstə rəndələnilmiş şokoladı səpib, süfrəyə təqdim edin.
ən son şərh