
Prenses tacı
Ərzaqlar
- 4 paket 750 ml südlə hazırlanan vanilli pudinq
- 1 litr süd
- 1 litr vişnə suyu
- 1 paket peçenye
- Prenses tacı və ya keks qəlibinə də hazırlaya bilərsiniz
Hazırlanması
- İki paket vanilli pudinq bir litr vişnə suyuyla bişirilir və prenses tacı biraz sudan keçirilib (yapışmaması üçün hər ehtimala qarşı) içinə tökülür.
- Peçenye parçalanıb xırdalanır və üzərinə sərpilir.
- Daha sonra bir litr süd ilə iki vanilli pudinq bişirilib peçenyelərin üzərinə yayılır.
- Orta temperatura çatanacan ən az 2 saat soyuducuda saxladılıb ters çevirib servis edə bilərsiniz.
- İstəsəniz servis edərkən üzərinə vişnə suyu yada vişnə töküb servis edəbilərsiniz.
Nuş olsun!
Prenses tacı zövqlə hazırlanılır, dadı da çox gözəldir
Salam. Yeni səhifə üçün çox sağ olun, xoşuma gəldi. Reseptlər foto ilə göstərilsə lap məqsədəuyğun olar. Öncədən təşəkkür edirəm.
Heqiqeten cox gozeldi sinayacam ama reseptler foto ile gosterseniz daha yaxwi olar tewekkurler….