
Prebranas
Prebranas
Ərzaqlar
- 500 q iri ağ lobya
- 1 kq baş soğan
- 150 ml bitki yağı
- 4-5 diş sarımsaq
- 3 dəfnə yarpağı
- duz
- istiot
- 2 ç.q. üyüdülmüş şirin qırmızı istiot (paprika)
- 1 ç.q. üyüdülmüş acı qırmızı istiot
- 1 x.q. tomat pastası
Hazırlanması
- Lobyanın üstünə su töküb bir gecə saxlayın.
- Sabahı gün suyu süzün, lobyanı yuyun.
- Üstünə təzə su töküb qaynatmağa qoyun.
- Qaynayandan sonra bu suyu da süzün və lobyanın üstünə 2 barmaq çıxana qədər qaynar su tökün.
- Yumşalınca bişirin. Dəfnə yarpağı və iri doğranmış baş soğan əlavə edin.
- Lobya bişəndən sonra aşsüzənə tökün, amma suyunu atmayın.
- Soğanı yarımhalqa doğrayın (hə, çox görünə bilər, amma belə lazımdır — düz 1 kq).
- Bitki yağında qovurun. Lobyanın suyundan azca əlavə edin.
- Sonda əzilmiş sarımsaq, acı və şirin qırmızı istiot əlavə edin.
- Odadavamlı qabı (saxsı olsa, daha yaxşı olar) bitki yağıyla yağlayın.
- Dibinə lobya, üstünə qovrulmuş soğan, sonra yenə lobya-soğan-lobya döşəyin.
- Lobya suyunda tomatı əridin, lobyanın üstünə 1 barmaq çıxınca tökün.
- 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
- Suyu qatılaşanda prebranas hazır olur. Amma çox qurumasına imkan verməyin.
- Soyuyanda da ləzzətli olur.
Hakkında: Balkanlara aid olan yemək növüdür
Nuş Olsun!
ən son şərh