Portağallı keks
Ərzaqlar
- Tərkibi:
- 200 qram un
- 100 qram şəkər
- 100 qram kərə yağı
- 3 yumurta
- 1 ədəd portağal
- 30 qram konyak
- 1 paket qabartma tozu
- Qlazur üçün
- 40 qram kərə yağı
- 3 xörək qaşığı kakao
- 4 xörək qaşığı şəkər
- 1 yumurta ağı
Hazırlanması
- Yağı şəkər ilə çalın.
- Portağalın qabığın sürtgəcdən keçirdin, çirəsin sıxın və yağa əlavə edin.
- Üzərinə 3 yumurta əlavə edib mikserlə yenidən çalın.
- Qabartma tozunu unla qarışdırın və yumurtalı qarışığa əlavə edin.
- Dairə formasında olan soba qabını yağlayın və xəmiri ora əlavə edin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
- Basqa bir balaca ölçüdə qazan götürün və yağı, şəkər və kakaonu qarışdırın.
- Aşağı odda 1 kütlə alanadək qarışdırın.
- Kənarda soyuduqdan sonra yumurta ağın əlavə edib mikserlə çalın.
- Qlazuru keksin üzərinə tökün.
Nuş Olsun!
ən son şərh